
Bakı şəhəri Səbail rayonu ərazisində kişi meyiti tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün Bülbül prospektində 35-40 yaşlarında olan kişi meyiti tapılıb.
Qeyd edək ki, ilkin araşdırmalar zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Hazırda meyitin kimliyi araşdırılır.
















