Salam olsun bütün Multi.az saytının və "Sığınacaq Döngəsi" filminin istifadəçilərinə!
Bildiyiniz kimi "Sığınacaq Döngəsi" filminin çəkilişləri davam edir.
Çəklişlərimizin keyfiyyətli və maraqlı alınması üçün bütün heyyətimiz həvəslə çalışır.
Bir xoş və sevindirici xəbəri sizinlə bölüşmək istərdik.
Azərbaycanın tanınmış simaları bizim filmimizdə rol alacaqlar.
Bunlar hər kəsin tanıdığı və sevdiyi Tofiq Hüseynov xalq artisti Tariyel Qasımov, və əməkdar artist Naibə Allahverdiyevadır.
Siz sevimli sənətkarlarımızın həyat və yaradıcılığı ilə tanış ola bilərsiniz.

Tofiq Hüseynov
Hüseynov Tofiq Əbdülrəhim oğlu (12.02.1949) 1971-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır. Bunlardan Ü.Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F.Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov, "Qaravəlli"sində Balaqədeş və Əhməd Əhmədov, C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ndə Hacı Namazalı, T.Mütəlibbovun "Cücələrim"ində Tülkü, N.Vəzirovun "Hacı Qəmbər"ində Cəbi, J.Anuyun "Medeya"sında Şah Kreon, O.Altunbayın "Tomris"ində Vəzir Zəban, kino aləmində "O dünyadan salam"da Əli bəy, "Marş"da Komandir, "Dəvətnamə"də Briqadir, televiziya tamaşalarında isə "Metranpaj"da Kameyev, "Şkafda adam"da Ər və başqa obrazları buna misaldır.
T.Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N.Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H.Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B.Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C.Məmmədquluzadə, "Ölülər") kimi obrazlar ona tamaşaçı rəğbəti və məhəbbəti gətirmişdir

Naibə Allahverdiyeva
Naibə Allahverdiyeva M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. 1994-cü ildən Gənc Tamaşaçılar teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda ilk rolu D.Mehdinin "O da mənəm, bu da" tamaşasında Nazlı rolu olmuşdur. N.Allahverdiyeva maraqlı obrazları ilə teatrsevərlərin rəğbətini qazanmışdır. Ə.Əmirlinin "Bala bəla sözündəndir" tamaşasında Bibi, T.Kazımovun "Səsin sehri" tamaşasında Səfurə, A.Həsənzadənin "Mağara" tamaşasında Xatun, Ə.Dəmirçizadənin "Dədəm Qorqud" tamaşasında Burla Xatun, T.Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Münəvvər, S.Rüstəmin "Çimnaz xanım yuxudadır" tamaşasında Çimnaz rolları yaddaqalan, maraqlı obrazlardandır. N.Allahverdiyeva bir kino aktrisası kimi də bir sıra filmlərdə çəkilmişdir. "Qara volqa" filmində Rita, "Məhəbbətin hökmü" filmində Çevriyyə rolları aktrisaya tamaşaçı rəğbəti qazandırmışdır.
İstedadlı aktrisanın yaradıcılığı yüksək qiymətləndirilmiş və o, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur.

Tariyel Qasımov
Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. Məzun olduqdan sonra (1964) Gənc Tamaşaçılar Teatrını seçib. 2 il burada işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: “Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), “Qızıl rəngi” (1975, Türkmənfilm), “Çilidə gecə” (1982, Mosfilm), “Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), “Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), “Sahib” (1983, Özbəkfilm), “Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard). Əməkdar artist (1979), xalq artistidir (1991).
Allahın izni ilə yenidən görüşmək ümidi ilə... Yeniliklərimiz İnşallah davam edəcək.