
Əlcəzair əsilli fransalı iş adamı qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə meydan oxuyacaq bir addım atıb. Qanun layihəsinə qarşı olan Rəşid Nekkaz adlı iş adamı “soyqırımı yoxdur!” deyənlərin cəriməsini ödəmək üçün 1 milyon avroluq fond qurub.
Qeyd edək ki, qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi keçən il dekabrın 22-də Fransa parlamentinin aşağı palatasında səsverməyə çıxarılaraq qəbul edilib. Bu qanuna görə qondarma "soyqırımı"nı inkar edənləri 1 il həbs cəzası və ya 45 000 avro pul cəriməsi gözləyir. Qanun layihəsi Senatda qəbul edilmədiyi üçün hələlik qüvvəyə minməyib.
Xatırladaq ki, daha əvvəl də analoji addımı atan iş adamı Nekkaz niqab geyinən müsəlman qadınların cərimələrini ödəmək üçün 2 milyon avroluq fond yaratmışdı.
mənbə: ans-press
















