{$pm_alert}

Məşhur xəbərlər

Anket

Yaşınız

16-20
22-27
28-40
42-60

Reklam

Reklam

Facebook



Qanlı 20 yanvar

Xocalını unutma

Mp3 player

www.multi.az

Unutma

            

Təqvim

«    İyul 2014    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Reklam

       NN CLUB


       Multi-Servis (IT)

Sayğac





Abortlar milyonlarla qızların doğulmamışdan öncə qətlinə fərman verir (VİDEO)

Bölmə:  umumi    АвторMüəllif: bestbaku  Tarix: 7-06-2012, 01:46
   Abortlar milyonlarla qızların doğulmamışdan öncə qətlinə fərman verir (VİDEO)


Son statistik məlumatlara görə, Azərbaycanda yeni doğulan körpələr arasında oğlanların sayı qızlara nisbətən 8 faiz çoxdur. Mütəxəssislər bunun səbəbini qız uşaqlarının daha çox abort edilməsində görürlər.

Selektiv abortlar, yəni cinsinə görə hamiləliyin süni şəkildə pozulması tək Azərbaycanın problemi deyil. Hələ ötən əsrin 90-ci illərdə məhşur Hindistan alimi, Nobel mükafatçısı Amartya Senin “Dünyanın itirilmiş yüz milyon qadını” adlı məqaləsi sözün əsl mənasında dünyanı lərzəyə gətirmişdi. Müəllif bu yazıda göstərirdi ki, məhz cinsiyyəti qadın olduğundan hər il ayrı-ayrı ölkələrdə edilən abortlar yüz milyonlarla qızın doğulmamışdan əvvəl qətlinə fərman verir.

Azərbaycan da dünyanın bir parçasıdır və bu gün bizdə də qıza münasibət oğlana münasibətdən fərqlidir. Bəzən qız gözləyən gənc ananı ya əri, ya qaynanası abort məcburiyyəti qarşısında qoyur. Nəticə isə qız uşaqları ilə oğlan uşaqları arasında nisbətən dəyişməsinə gətirib çıxarır. Ailə, Qadın və Uşaq Problemləri Komitəsində hesab edirlər ki, belə davam etsə, bir neçə ildən sonra çox ciddi demoqrafik böhranla üzləşəcəyik. Komitənin şöbə müdiri Taliyə İbrahimovanın sözlərinə görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var. Hər 112 oğlana 100 qız uşağı düşür. “Bu da demoqrafik problem olaraq meydana çıxır. Bu baxımdan hesab edirik ki, selektiv abortların aradan qaldırılması üçün qanunvericilik tədbirləri görülməlidir”, - deyə o vurğulayıb.

Qanunvericilik isə həkimin valideynə körpənin cinsi barədə məlumat verməsini qadağan etmir. Amma bu məsələ parlamentdə ciddi müzakirə mövzusudur. Məsələn, ötən sessiyada millət vəkilləri məsələ qaldırmışdılar ki, körpənin cinsinin ultrasəs müayinəsi ilə müəyyənləşdirilməsinə qadağa qoyulsun və bu qadağanı pozan tərəflər -həkim, yaxud valideyn cəzalandırılsın. “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmadığından bu təklif də təbii ki, təklif olaraq qaldı. Həkimlər isə bu məsələyə biganə qalmırlar.

Qeyd edək ki, hazırda Azərbaycanda əhalinin 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Yeni doğulan uşaqlar arasında isə əksinə nisbət oğlanların xeyrinədir. Statistikaya görə, bu ilin 3 ayı ərzində 40 minə yaxın uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46,2 faizi qızdır.