
Türkiyənin Burdur şəhərinin Gökçəbağ kəndində 62 qız atası olan bir qrup kişi oğlan övlad üçün kənd meydanında halva bişirib və dua edib. Qeyd edək ki, statistik rəqəmlər bu kənddə kişi sayının getdikcə azaldığını göstərir.
Məlumata görə, 1985-ci ildə kənddə 604 qadın 607 kişi, 1997-ci ildə 610 qadın 562 kişi, 2000-ci ildə 611 qadın 598 kişi olub və hazırda 655 qadın 600 kişi yaşayır.
İki qazan halva bişirərək yerlilərə paylayan və kəndin din xadimi ilə birlikdə dua edən kişilər Allahdan əvvəla xeyirli, sonra isə oğlan övlad istəyib. Dua edənlər arasında oğlu olanlar da var ki, onlar oğlu olmayanlar üçün dua edirlər. Yerlilər bunun keçmişə aid bir ənənə olduğunu deyir.
mənbə: ans-press
















