{$pm_alert}

Məşhur xəbərlər

Anket

Yaşınız

16-20
22-27
28-40
42-60

Reklam

Reklam

Facebook



Qanlı 20 yanvar

Xocalını unutma

Mp3 player

www.multi.az

Unutma

            

Təqvim

«    İyul 2014    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Reklam

       NN CLUB


       Multi-Servis (IT)

Sayğac





Cəlaləddin Rumidən (Hz.Mövlanə) kəlamlar

Bölmə:  islam    АвторMüəllif: bestbaku  Tarix: 29-09-2011, 10:29
Cəlaləddin Rumidən (Hz.Mövlanə) kəlamlar


1. Cahillə oturub bal yeyəcəyinə, Müdriklə oturub quru çörək ye.

2. Eşq məhkəməyə bənzəyir, cəfa çəkmək isə şahidə. Şahidin yoxdursa məhkəmədə qazana bilmərsən!

3. Unutma ki, Nifrət və Kinin sonrası Peşmanlıqdır.
Və hər canlıya ölüm vardır. İnsan ölər amma ölməyən İNSANLIQDIR!

4. Ədəb:
Danışdığın zaman dilini qorumaq,
Yalnız qaldığın zaman qəlbini qorumaq,
Küçəyə çıxdığın zaman gözünü qorumaqdır.

5. Zəmanə adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki, zəmanə dəyişə bilər amma həqiqət heç zaman dəyişməz.

6. Həyat bir yuxudur, ölüncə oyanar insan.
Sən erkən davran və ölmədən öncə oyan..!

7. Bəzən dərdlər bitmək bilməyən yağış olub üstünə yağar.
Amma rəngarəng göy qurşağı da yağışdan sonra çıxar, unutma!

8. Hər canlının ölümü dadacağını, amma sadəcə bəzilərinin həyatı dadacağını öyrəndim. Mən dostlarımı nə qəlbimlə, nə də ağlımla sevdim. Qəlb dayanar, ağıl unudar birdən. Mən dostlarımı ruhumla sevdim. O nə dayanar, nə də unudar..!

9. Susqunluğum əsalətimdəndir .. Hər sözə verəcək bir cavabım var lakin bir sözə baxaram sözmü deyə, bir də söyləyənə baxaram adammı deyə ...

10. Ey qəlbdaş! Bir qəlb yaratmaq gəlmirsə əlindən,
Heç olmasa bir qəlb məhv olmasın dilindən!

11. Göz iki, qulaq iki, ağzımız isə təkdir.
Çox görüb, çox eşidib, az danışmaq gərəkdir.

12. Südün içindən çıxardıqda bütün qaşıqlar ağ olur. Önəmli olan qaşıq çıxdıqdan sonra südün əvvəlki tək ağ qalmasıdır.

13. Tez-tez deyilən eyni məsləhətdən sıxılma. Çünki mismarı bir yerə batırmaq üçün dəfələrlə vurmaq lazımdır.

14. Ürəyimə girməyinə bir sözüm yoxdur. Amma məlumdur ki, qarğa gül bağçasında gəzməklə bülbül olmaz. Bunu da biləsən...

15. Belə asan Deyil Gül iyləmək ... Gül Tutan Ələ Tikan Batmalı ... Bir Eşqə Gönül Verən O Eşqin Qapısında yatmalı

16. Heç bir şey göründüyü kimi deyildir.Bugün həyat verən su, sabah sizi boğa bilər.


PS: bu xəbər əyləncə saytlarının birində farid nikinə aiddir.